ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar üçün nümayəndələrini Pakistana göndərir. Bu barədə CNN məlumat yayıb. Məlumata görə, xüsusi elçi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner yaxın günlərdə İslamabadda İranın xarici işlər naziri Abbas Araqçi ilə görüş keçirəcək. Görüşün həftəsonu baş tutacağı gözlənilir. Bildirilir ki, ABŞ vitse-prezidenti Cey Di Vens hazırda danışıqlara qatılmağı planlaşdırmır. Bunun səbəbi isə Vaşinqtonun Tehran nümayəndə heyətinin rəhbəri hesab etdiyi Məhəmməd Baqir Qalibafın da görüşdə iştirak etməyəcək olmasıdır. Bununla belə, Vensin komandası artıq Pakistandadır və o, danışıqlarda irəliləyiş olacağı təqdirdə səfərə hazır vəziyyətdədir. Mənbələrin məlumatına görə, Kuşner və Uitkoff son aylarda İran rəsmiləri ilə Tehranın nüvə proqramı üzrə mümkün razılaşma üzərində işləyiblər.
Gözlər Pakistanda — kritik görüş yaxınlaşır
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

