ABŞ-ın vitse-prezidenti Cey Di Vens Qəzzə üzrə Sülh Şurasının ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana Cənubi Qafqazda sülhə töhfələrinə görə təşəkkür edib.
Vens bildirib ki, hər iki liderin atdığı addımlar “əsl liderliyin nəyə qadir olduğunu” göstərib.
“Sizin etdiyiniz inanılmazdır. Bu gün burada gələcəyə və sülhə sərmayə qoyan bütün liderlərə tərəfdaşlığa görə minnətdarıq. Xüsusilə ötən həftə görüşdüyüm Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinə təşəkkür etmək istəyirəm. Bunu mümkün etdiyiniz və əsl liderliyin nəyi bacardığını göstərdiyiniz üçün sağ olun”, – deyə Vens vurğulayıb.
Onun sözlərinə görə, müharibə əvəzinə insanlara və rifaha sərmayə yatırıldıqda, həqiqətən böyük nəticələr əldə etmək mümkündür.

