Denmedia.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Pensilvaniyada buz bağlamış uçuş-enmə zolağı ilə yeriməsindən danışarkən özünü keçmiş prezident Co Baydenlə müqayisə edib.
Vens bildirib ki, təyyarədən enərkən şiddətli soyuqla üzləşib. Onun sağ tərəfində media kameraları, sol tərəfində isə onunla şəkil çəkdirmək istəyən yanğınsöndürənlər olub.
Vitse-prezident hamının gözü qarşısında sürüşüb yıxılmaqdan qorxduğunu, buna görə də yanğınsöndürənlərə doğru “Bayden üslubunda” yeriməli olduğunu deyib.
“Co Bayden gündüz vaxtı pilləkənlərlə qalxarkən belə yıxıla bilərdi,” — deyə Vens əlavə edib.

