Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev Böyük Britaniyanın keçmiş xarici işlər naziri Devid Milibendi tənqid edib.
O, sosial şəbəkə hesabında bildirib ki, Milibend Ebola qızdırmasının yayılması mövzusunu gündəmə gətirməklə Britaniyanın enerji sektorundakı problemlərdən diqqəti yayındırmağa çalışır.
Dmitriyev bu fikirləri Milibendin təhlükəli xəstəliyin yayılma riskləri ilə bağlı xəbərdarlıq etdiyi paylaşımını şərh edərkən səsləndirib.
“Devid Milibend istəyir ki, Ebola ətrafındakı panika onun Böyük Britaniyanın enerji sahəsindəki uğursuz qərarlarını kölgədə qoysun. O, ölkənin enerji müstəqilliyini dağıdıb və bundan zərrə qədər utanmır”, — deyə Dmitriyev yazıb.

