Rusiyanın xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev bəyan edib ki, Almaniya kansleri Fridrix Mers sülh danışıqlarını sabotaj etməklə özünü tam şəkildə diskreditasiya edib.
Dmitriyev X sosial şəbəkəsində Mersə sərt müraciətlə yazıb:
“Əziz Mers, sən ümumiyyətlə oyunda deyilsən. Sən özünü müharibəni qızışdırmaqla, sülhü sabotaj etməklə, qeyri-real təkliflərlə, Qərb sivilizasiyasını məhvə aparmaqla, miqrasiya siyasəti və inadkar axmaqlıqla diskreditasiya etmisən.”
Bu paylaşım Der Spiegel nəşrinin məlumatına reaksiyadır. Jurnalın yazdığına görə, Mers guya Vladimir Zelenskiyə “qarşıdakı günlərdə ABŞ nümayəndələri ilə danışıqlarda son dərəcə ehtiyatlı olmalı olduğunu” deyib.

