ABŞ Prezidenti Donald Tramp İranda hərbi əməliyyatların bərpa olunması və Amerika qüvvələrinin ölkə ərazisindəki obyektlərə zərbələr endirməsi barədə Konqresi rəsmi şəkildə məlumatlandırıb.
“The New York Times” qəzetinin Trampın məktubuna istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Konqres rəhbərlərinə göndərdiyi sənəddə döyüş əməliyyatlarının yenidən başladığını bildirib.
Tramp məktubunda iyulun 7-də ABŞ hərbçilərinin İran ərazisindəki hədəflərə “müdafiə xarakterli” zərbələr endirdiyini qeyd edib.
Məlumata görə, məktub ABŞ Silahlı Qüvvələrinin fəaliyyəti barədə qanunvericilərin rəsmi şəkildə məlumatlandırılması məqsədi daşıyır.

