Hörmüz boğazının cənub hissəsində Hindistana məxsus iki tanker raket zərbəsinə məruz qalıb.
Reuters-in Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, gəmilər Omanın ərazi sularında İranın qanadlı raketləri ilə vurulub.
Hücum nəticəsində bir ekipaj üzvü həlak olub, daha səkkiz nəfər yaralanıb.
BƏƏ Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, zərbələrdən sonra tankerlərdə yanğın başlasa da, alov nəzarət altına alınıb.
Birləşmiş Ərəb Əmirlikləri hücumu beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirib. Ölkə öz suverenliyi və təhlükəsizliyini qorumaq üçün cavab tədbirləri görmək hüququnu saxladığını bəyan edib.

