Teplovoz minik avtomobili ilə toqquşdu: Xəsarət alanlar var
Teplovoz minik avtomobili ilə toqquşdu: Xəsarət alanlar var
25 iyul saat 03:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan “Chevrolet Cruze” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.
Den.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
“ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol-Hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq”, – QSC-dən bildirilib.