Sumqayıtın tanınmış siması, “Xəzər” ASC-nin sədri Qüdrət Kərimov 73 yaşında vəfat edib.
Bu barədə Den.az- a mərhumun yaxınları məlumat verib.
Belə ki, Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında mühüm xidmətləri olan, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuş “Xəzər” Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov Osman oğlu qəfiı dünyasını dəyişdi.
Qeyd edək ki, Qüdrət Kərimov uzun illər ərzində sənaye və sahibkarlıq sahəsində böyük təcrübəyə malik peşəkar kimi tanınıb. Onun rəhbərlik etdiyi “Xəzər” ASC Sumqayıtın iqtisadi həyatında xüsusi yer tutub və bir çox sosial layihələrin dəstəklənməsində fəal iştirak edib.
Mərhumun vəfatı onu tanıyanlar, həmkarları və şəhər ictimaiyyəti üçün böyük itkidir.
Allah rəhmət eləsin!
Ellada Rəsul