Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzinin sahibi olmuş mərhum Ağamirzə Əhədovun oğlu Mübariz Əhədov, 59 yaşında vəfat edib.
Bu barədə Den.az-a mərhumun yaxınları məlumat verib.
O, uzun müddət xəstəliklə mübarizə apardıqdan sonra 26 may 2025-cü ildə dünyasını dəyişdi. Bu, yalnız ailəsi üçün deyil, həm də onu tanıyan və onunla çalışanlar üçün böyük bir itki oldu.
Mübariz Ağamirzə oğlu Əhədov 25 may 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. Onun həyatı və karyerası hər zaman vətəninə və xalqına xidmət etmək arzusu ilə dolu idi. O, Hüquq mühafizə orqanlarının müxtəlif şöbələrində çalışaraq, peşəkarlığı və çalışqanlığı ilə seçilirdi. 2021-ci ildə təqaüdə çıxıb.
Nizami Rəsulov
Den.az