Tanınmış pedaqoq, uzun illər Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbdə rus dili fənnini tədris etmiş Zakir Abışov 84 yaşında vəfat edib.
Bu barədə Den.az-a mərhumun yaxınları məlumat verib.
Zakir Abışov Abşeron ictimaiyyətində savadlı, mehriban və nümunəvi müəllim kimi dərin hörmət qazanmışdı. Onun yetişdirdiyi yüzlərlə şagird bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər.
Mərhum bu gün Ceyranbatan qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə ailə üzvləri, qohumlar, keçmiş şagirdləri və həmkarları iştirak ediblər.
Allah rəhmət eləsin.
Fərhad Ələkbərli