Xızıda iki avtomobil iştirakı ilə bağlı ölümlə nəticələnən yol qəzası olub.
Den.az xəbər verir ki, Xızı-Giləzi avtomobil yolunun 27-ci km-də Rəfail Rza oğlu Bünyatovun idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobillə Cəbrayıl Alışan oğlu Heydərovun idarə etdiyi “Çangan Qiyuan Q05” markalı avtomobil toqquşub.
Nəticədə sonuncu avtomobildə olan sərnişin Zərqələm Abas qızı Əsədova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq ibtida istintaq aparılır.