Sumqayıtda ailə münaqişəsi zəminində qadın ağır xəsarət alıb.
DenMedia.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən Sumqayıt MTK-da qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Şaxayeva həyat yoldaşı tərəfindən kəsici alətlə ürəyindən xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və dərhal tibbi müdaxilə olunub.
İlkin versiyalara əsasən, hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov

