40 yaşında olan futbolçu Kriştianu Ronaldunun orqanizmi 28 yaşlı insanın bədən göstəricilərinə malikdir.
DenMedia.az xəbər verir ki, bu barədə ABŞ şirkəti Whoop özünün X hesabında məlumat verib.
Aparılan araşdırmalar göstərib ki, idmançının orqanizmi ən yüksək dəqiqliklə işləyir: maddələr mübadiləsi mükəmməl şəkildə tənzimlənib, oksigen isə toxumalara maksimal effektivliklə çatdırılır.
Daha sonra Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunun portuqaliyalı futbolçusu bu xəbərə öz bioloji yaşı barədə cavab verib.
Ronaldu belə yazıb:
“Məlumatlar yalan danışmır”.

