ABŞ vətəndaşları Şükran Günü münasibətilə ABŞ prezidenti Donald Trampın bağışlayacağı iki hindini seçiblər. Səsvermənin nəticələrini Ağ Ev özünün X hesabında dərc edib.
Amerikalılar Gobble və Waddle adlı iki hindini seçiblər.
ABC 11 məlumat verir ki, quşlar Şimali Karolinanın Nahunta şəhərində yetişdirilib. Hindilər Vaşinqtona gətiriləndə onları Willard InterContinental otelində “lüks istirahət” gözləyirmiş.
Məqalədə bildirilir ki, bağışlama mərasimindən sonra quşlar Şimali Karolina Dövlət Universitetinin quşçuluq hazırlıq fakültəsinin himayəsində yaşayacaqlar.
ABŞ prezidentinə Şükran Günündə hindi təqdim etmək ənənəsi 1947-ci ildə Milli Hindilər Federasiyasının qurucusu Çarlz Vomplerin təşəbbüsü ilə yaranıb. Məhz o, hindini ölkə başçısına — həmin dövrdə prezident olan Harri Trumenə (1945–1953) — hədiyyə edən ilk şəxs olub.
Bununla belə, ABŞ-da hindini rəsmi şəkildə bağışlayan ilk prezident Ronald Reyqan (1981–1989) olub. Bu prosedur isə yalnız Corc Buş-ata (1989–1993) dövründə — 1989-cu ildən etibarən — məcburi ənənəyə çevrilib.

