Ağsuda zəhərlənmə hadisəsi vaş verib.
DenMedia.az xəbər verir ki, rayon ərazisində səhər saat 04:30 radələrində zəhərlənmə şübhəsilə biri kişi, digəri qadın olmaqla 2 nəfər Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
1987-ci il təvəllüdlü Vəfa Teymurova və onun oğlu, 7 yaşlı Məhəmməd Teymurov dəm qazından zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib.
Müalicələri Reanimasiya şöbəsində davam etdirilən hər iki pasiyentin vəziyyətləri kafi qiymətləndirilir.

