Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, İrmaşlı kənd sakini 34 yaşlı Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ 2110" markalı avtomobil Şəmkir-Şiştəpə kənd yolunda qarşı tərəfdən hərəkət edən maşınla toqquşub.
Qəza nəticəsində V.Rüstəmli hadisə yerində ölüb. Onun avtomobildə olan 5 yaşlı oğlu Adəm Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma başlanılıb.

