Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, qəza Kərimbəyli kəndi ərazisində qeydə alınıb. “QAZel” markalı yük avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan 44 yaşlı Beyləqan rayon sakini Tərgül Allahyar qızı Mirzəyeva hadisə yerində vəfat edib.
“Mercedes”in sürücüsü Bəkir Qardaşxanov, eləcə də sərnişinlər — Sarvan Mahmud oğlu Həsənov, Rauf Vüqar oğlu Ağalarazadə və Brilyant Təbriz qızı Atakişiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Füzuli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

