Qızlar məktəbinin bombalanması ABŞ-ın İranda dinc sakinlər arasında itkilərə səbəb ola biləcək yeganə zərbəsi olub. Bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının, yəni CENTCOM-un komandanı admiral Bred Kuper bildirib. Bu barədə “New York Times” məlumat yayıb.
General digər məktəblərə və xəstəxanalara endirilən zərbələr zamanı ölənlər və dağıntılarla bağlı suala cavab verərkən deyib:
Biz bunu heç cür təsdiqləyə bilmərik... Buna dair heç bir sübut yoxdur.
Bununla belə, o etiraf edib ki, həmin insidentlərin heç biri araşdırılmayıb.

