ABŞ hərbçiləri Prezident Donald Trampın göstərişi ilə Venesuelanın “Tren de Aragua” cinayətkar təşkilatının rəhbəri Ninyo Gerreronu zərərsizləşdirib.
Bu barədə Tramp sosial şəbəkə hesabında açıqlama verib. Onun sözlərinə görə, əməliyyat Venesuela tərəfi və ABŞ-ın yaxşı əməkdaşlıq etdiyi “dostları” ilə sıx koordinasiya şəraitində həyata keçirilib.
Tramp bildirib ki, onun göstərişi ilə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı sürətli zərbə endirib və nəticədə “Tren de Aragua”nın lideri uğurla məhv edilib.
ABŞ lideri “Tren de Aragua”nı “dünyanın ən qanlı terror təşkilatlarından biri” adlandırıb.
“Tren de Aragua” Venesuelada yaranmış və son illərdə Latın Amerikası ilə yanaşı ABŞ-da da təhlükəsizlik orqanlarının diqqətində olan cinayətkar qruplaşmalardan biri hesab olunur.

