ABŞ Prezidenti Donald Tramp Venesuelanın “Tren-de-Araqva” cinayətkar qruplaşmasının rəhbəri Ninyo Gerreronun zərərsizləşdirildiyini açıqlayıb.
Tramp bu barədə özünün Truth Social sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, ABŞ qüvvələri Venesuela tərəfi ilə koordinasiyalı şəkildə əməliyyat keçirib.
ABŞ lideri bildirib ki, onun göstərişi ilə ABŞ Cənub Komandanlığı Karakasla əlaqələndirilmiş şəkildə zərbə endirib.
Qeyd olunur ki, Tramp 2024-cü ildə “Tren-de-Araqva” qruplaşmasını ölkənin əsas düşmənlərindən biri adlandırmış və onun bütün üzvlərinin deportasiya olunacağını vəd etmişdi.
“Tren-de-Araqva” qruplaşması təxminən 15 il əvvəl Venesuelada yaranıb. ABŞ hüquq-mühafizə orqanları bu qruplaşmanı Peru, Çili, Kolumbiya, Braziliya, Ekvador, Boliviya və Kosta-Rika da daxil olmaqla bir neçə ölkə üçün milli təhlükəsizlik təhdidi hesab edir.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, qruplaşmanın hüceyrələri Amerikanın 16 böyük ştatında fəaliyyət göstərir.

