10 
apr
2024
22:59
107
Yuxarı
Ramil Şeydayevin komandasına cəza verildi
10 apr, 2024
22:59
107
Ramil Şeydayevin komandasına cəza verildi - FOTO
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” Türkiyə Futbol Federasiyası tərəfindən (TFF) cəzalandırılıb.
“Den.az” xəbər verir ki, bu barədə İntizam Komitəsi məlumat yayıb.
Klubun cəzalanmasına səbəb “Göztepe” ilə matçda azarkeşlərin davranışları olub. 1-ci liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Həmçinin klub 112 min TL (5,896.43 manat) məbləğində cərimələnib.
Qeyd edək ki, “Kocaelispor” 29 turdan sonra 49 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizimlə əlaqə saxlayın
Çox oxunanlar