“Nvidia” şirkətinin keçmiş rəhbəri Censen Huan vəzifəsinə qayıtmaq imkanlarını nəzərdən keçirir.
“Financial Times” nəşrinin çoxsaylı mənbələrə istinadən yaydığı məlumata görə, Huan artıq bu məsələni yaxın çevrəsindəki etibarlı şəxslərlə müzakirə edib.
Keçmiş rəhbərin tərəfdarları onun şirkətə qayıtması üçün xüsusi dəstək qrupu yaratmağa başlayıblar. Bu təşəbbüsə Silikon Vadisinin iri texnologiya şirkətlərinin rəhbərlərinin də cəlb olunması planlaşdırılır.
Qrupun əsas məqsədi Huanın yenidən “Nvidia”nın rəhbəri təyin edilməsinə nail olmaq və bunun üçün Ağ Evin dəstəyini qazanmaqdır.
Xatırladaq ki, Censen Huan noyabrın 12-də “Nvidia”nın baş direktoru vəzifəsindən istefa verib. Hazırda şirkətə müvəqqəti olaraq maliyyə direktoru Kolet Kress rəhbərlik edir.

