2026-cı il Dünya Kubokuna hazırlaşan Braziliya millisi üçün xüsusi mərasim keçirilib.
Milli komandanı mundiala aparacaq xüsusi təyyarə ilk səfərindən əvvəl “vəftiz” edilib. Təyyarə Braziliya millisinin rəngləri ilə bəzədilib və mərasim rəngarəng görüntülərlə yadda qalıb.
Braziliyada uzun illərdir davam edən bu ənənə xüsusilə mühüm səfərlər öncəsi həyata keçirilir. Bu dəfə mərasim 2026 Dünya Kuboku yolçuluğunun simvolik başlanğıcı kimi qiymətləndirilib.
Tədbir futbolsevərlərin böyük marağına səbəb olub. Mərasim həm milli komanda üzvləri, həm də azarkeşlər üçün ruh yüksəkliyi yaradan hadisə kimi dəyərləndirilib.
Qeyd edək ki, Braziliya millisi 2026 Dünya Kubokunun əsas favoritlərindən biri hesab olunur.

