Lionel Messi 2026-cı il dünya çempionatının əsas favoritlərini açıqlayıb.
Argentinalı hücumçunun sözlərini Al Nassr Zone yayıb.
Messinin fikrincə, hazırda ən güclü namizədlər arasında:
- France Fransa
- Spain İspaniya
- Brazil Braziliya yer alır.
Fransa yenə çox güclü görünür. İspaniya və Braziliya da həmçinin. Braziliya son vaxtlar ən yaxşı formasında olmasa da, onlar həmişə favoritlərdən biri olur, — deyə Messi bildirib.
O əlavə edib ki, ənənəvi güclü komandalar olan:
- Germany Almaniya
- England İngiltərə
- Portugal Portuqaliya
da iddialılar sırasındadır.
Messi böyük turnirlərdə gözlənilməz nəticələrin hər zaman mümkün olduğunu da vurğulayıb.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Canada Kanada, Mexico Meksika və United States ABŞ-də keçiriləcək.

