ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Kubokunda mübarizə aparacaq İran milli futbol komandasının Antalyadakı hazırlıq toplanışı davam edir.
İran millisinin Media departamentinin məlumatına görə, futbolçular intensiv məşq toplanışlarından sonra psixoloji istirahət sessiyasında iştirak ediblər.
Texniki heyətin proqramına əsasən, oyunçular səhər saatlarında fiziki bərpa məşqlərini tamamlayıblar.
Axşam saatlarında isə komanda sahildə bir araya gələrək son günlərdəki ağır məşqlərdən sonra yüngül yürüş və psixoloji istirahət fəaliyyətləri həyata keçirib.

