Azərbaycan mini-futbol millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
Baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda final matçında Ukrayna millisini məğlub edib.
Tipos Arenada keçirilən görüş Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın qollarını Mirməhdi Rzayev və İsa Atayev vurublar.
Beləliklə, Azərbaycan mini-futbol millisi tarixində ikinci dəfə Avropa çempionu olub. Komanda ilk çempionluğunu 2022-ci ildə qazanmışdı.

