2026-cı il dünya çempionatına ev sahibliyi edəcək ABŞ turnir ərəfəsində qalmaqallı addımla gündəmə gəlib. Nyu-Yorkdakı hazırlıq oyunları üçün ölkəyə gələn Özbəkistan milli komandası avtobusdan endiyi anda sanki cinayətkar kimi rəftarla üzləşib.
İdmançılar ABŞ rəsmiləri tərəfindən quraşdırılmış metal detektorlardan keçirilib və narkotik itləri ilə ciddi şəkildə yoxlanılıb. Seneqal millisinin futbolçuları isə hava limanının uçuş zolağında təhlükəsizlik yoxlamasından keçirilib.

