2020–2025-ci illərdə dünya mərkəzi bankları qızıl ehtiyatlarını kəskin şəkildə artırıb.
Bu barədə Denmedia.az Valyuta.az-a istinadən məlumat verir.
Son beş ildə qızıl alışına görə lider Çin olub – ehtiyatlarını 357,1 ton artırıb. İkinci yerdə Polşa (314,6 ton), üçüncü yerdə isə Türkiyə (251,8 ton) qərarlaşıb. Siyahının növbəti pillələrində Hindistan (245,3 ton) və Braziliya (105,1 ton) yer alıb.
Məlumata əsasən, Azərbaycan Mərkəzi Bankı da bu dövrdə qızıl ehtiyatlarını 83,6 ton artıraraq dünyada ən fəal ölkələr arasında altıncı pilləyə yüksəlib.
Siyahıya həmçinin Yaponiya (80,8 ton), Tailand (80,6 ton), Macarıstan (78,5 ton), Sinqapur (77,3 ton), İraq (74,6 ton), Qətər (73,0 ton), Çexiya (62,8 ton), Rusiya (55,4 ton) və Birləşmiş Ərəb Əmirlikləri (51,7 ton) daxildir.
Ekspertlər qızıl alışlarının artmasını qlobal maliyyə bazarlarında yüksək volatillik, inflyasiya təzyiqi və ölkələrin valyuta ehtiyatlarını diversifikasiya etmək istəyi ilə əlaqələndirirlər.
Qızıl ənənəvi olaraq maliyyə sabitliyinin əsas təminat alətlərindən biri hesab olunur.

