Ukrayna üzrə danışıqların bərpa perspektivləri böyük ölçüdə İran ətrafındakı vəziyyətin necə inkişaf edəcəyindən asılıdır.
Bu barədə TASS diplomatik dairələrdəki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti hesab edir ki, məhz buna görə ABŞ Ukrayna nizamlanması ilə bağlı məsələləri faktiki olaraq pauzaya qoyub.
“İran münaqişəsi hansısa məntiqi yekuna yaxınlaşmayınca — bunun nə vaxt baş verəcəyini isə hesablamaq tamamilə mümkün deyil: bəlkə sabah, bəlkə də bir neçə ay sonra — amerikalılar üçün digər böyük beynəlxalq dosyelərlə fəal məşğul olmaq çətin olacaq”, deyə materialda qeyd olunub.

