World Population Review resursu dünyanın ən dadlı mətbəxlərinə malik ölkələrin yenilənmiş reytinqini dərc edib. Siyahıda Azərbaycan 56-cı yerdə qərarlaşıb.
Reytinqin lideri yenidən Yunanıstan olub. İlk onluğa həmçinin İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin daxil edilib. Siyahının son pillələrində isə Nikaraqua, Laos və Boliviya yer alıb.
Postsovet ölkələri arasında ən yüksək nəticəni Gürcüstan göstərib – 30-cu yer. Rusiya 34-cü, Ukrayna 43-cü, Belarus isə 75-ci pillədə qərarlaşıb. Litva 39-cu, Latviya isə 78-ci yerdə olub.
Reytinqə əsasən, ən zəif mətbəxlər Ermənistan və Qazaxıstana məxsusdur – onlar müvafiq olaraq 92-ci və 93-cü yerləri tutublar.
Qeyd olunur ki, 2024-cü ildə Özbəkistan, Qırğızıstan və Moldova reytinqdə Ermənistan və Qazaxıstandan da aşağı mövqelərdə yer almışdı. 2025-ci ildə isə bu ölkələr siyahıdan tamamilə çıxaraq ilk yüzlüyə belə düşməyiblər.

