İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqların yekunu olaraq atəşkəs rejiminin icrası barədə razılığa gəliblər.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda bildirilib.
Məlumata görə, iki ölkə nümayəndələrinin növbəti görüşü 2 və 3 iyun tarixlərində baş tutub.
Birgə bəyanatda qeyd olunur ki, razılaşmaların icrası “Hizbullah” tərəfindən atəşin tam dayandırılması ilə bağlıdır. Həmçinin hərəkatın bütün döyüşçülərinin Litani çayının cənubundakı ərazidən çıxarılması nəzərdə tutulur.
Tərəflər yalnız Livan Silahlı Qüvvələrinin nəzarət edəcəyi ayrı-ayrı zonaların yaradılmasına başlamaq barədə razılığa gəliblər.
Bundan başqa, 22 iyundan etibarən ABŞ-ın iştirakı ilə siyasi və hərbi dialoqun bərpa olunması planlaşdırılır. Məqsəd daha geniş və hərtərəfli sazişin hazırlanmasıdır.

