Türkiyədə otellərdə tətbiq olunan yaşayış vergisinin dərəcəsi 2%-dən 1%-ə endirilib. Bu barədə respublika prezidentinin fərmanına istinadla hökumətin rəsmi nəşri Resmi Gazete məlumat yayıb. Sənəddə qeyd olunur ki, yaşayış vergisinin dərəcəsi 2026-cı il 31 dekabr tarixinədək 1% səviyyəsində müəyyən edilib. Vergi orqanlarının məlumatına görə, bu yığım geniş obyektlər siyahısına şamil edilir. Buraya otellər, kurort kompleksləri, butik otellər, motellər, pansionatlar və apart otellər daxildir. Bundan əlavə, vergi sağlamlıq və termal mərkəzlərə, kənd evlərinə, kempinqlərə, dağ və turizm istirahət bazalarına da tətbiq olunur.
Türkiyədə turistlər üçün yaxşı xəbər - otel vergisi azaldıldı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

