mar
2024
11:23
105

Azərbaycanda benzin ucuzlaşacaq? - QƏRAR

1 mar, 2024
11:23
105

Azərbaycanda benzin ucuzlaşacaq? - QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Den.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib:

2710 12 413 0mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq- darı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan
ədədi ilə
1 ton üçün 200 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)
2710 12 510 1mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq-
darı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə
1 ton üçün 200 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)
2710 19 310 0emalın spesifik prosesləri üçün qazoyllar1 ton üçün 80 manat
 
 
2710 19 350 0proseslərdə kimyəvi çevril- mələr üçün qazoyllar1 ton üçün 80 manat
2710 19 421 0 –
2710 19 480 0
digər qazoyllar, o cümlədən dizel yanacağı1 ton üçün 80 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)
 
Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçünüçün gömrük rüsumu ləğv edilib.

Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar