Balidə son vaxtlar turistlərə qarşı baş verən zorakılıq və təcavüz halları turizm sektorunda ciddi narahatlıq yaradıb.
Bu barədə Channel NewsAsia məlumat yayıb.
Bildirilir ki, 23–25 mart tarixlərində üç qadın zorlanıb və hadisələr müxtəlif şəxslər tərəfindən törədilib.
Məlumata görə, Çindən gələn turistə Şimali Kutada gecə klubundan qonaq evinə qayıdarkən hücum edilib. Şübhəli şəxs artıq saxlanılıb.
Digər hadisədə Avstraliyadan olan turistə Seminyakda gecə klubunun mühafizəçisi hücum edib. Üçüncü halda isə Çanquda bir otel əməkdaşı qadını zorlayıb. Bu hadisələr üzrə də şübhəlilər tutulub.
Bali qubernatoru Vayan Koster bildirib ki, bu hallar təcrid olunmuş hadisələrdir.
Buna baxmayaraq, otellər təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

