Avropa İttifaqı Ukraynaya ayrılan 90 milyard avroluq kredit çərçivəsində maliyyə yardımının şərtlərini sərtləşdirməyi nəzərdən keçirir. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyasında müzakirə olunan plan ödənişlərin bir hissəsinin əlavə vergi tələblərinin yerinə yetirilməsinə bağlanmasını nəzərdə tutur. Söhbət 2026-cı ildə Kiyevin almağı planlaşdırdığı 8,4 milyard avroluq makromaliyyə yardımından gedir.
Xüsusilə, Aİ Ukraynaya sadələşdirilmiş vergi sistemi ilə işləyən və illik dövriyyəsi 4 milyon qrivnanı aşan şirkətlər üçün 20% ƏDV tətbiq etməyi təklif edir. Hazırda bu şirkətlər 5% vergi ödəyir.
Ukraynanın Maliyyə Nazirliyinin hesablamalarına görə, bu addım büdcəyə hər il 40 milyard qrivnadan çox gəlir gətirə bilər.

