Yunanıstan Avropa İttifaqının 21-ci sanksiya paketinin qəbuluna qarşı çıxıb.
Buna səbəb Afinanın Rusiya mayeləşdirilmiş təbii qazının üçüncü ölkələrə daşınmasına qoyulması planlaşdırılan qadağa ilə razılaşmaması olub.
Bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Afinanın mövqeyi yunan gəmiçilik şirkəti Dynagasın maraqlarını qorumaq zərurəti ilə bağlıdır. Şirkət maqnat Georgi Prokopiuya məxsusdur.
Dəniz portalı Equasisin məlumatına əsasən, Dynagas 27 qaz daşıyan gəmini istismar edir. Onların arasında Arktikanın buzlu sularında, “Yamal LNG” zavodunun yaxınlığında işləmək üçün inşa edilmiş Arc7 tanker donanmasının üçdə biri də var.
“Yunanıstan Rusiya mayeləşdirilmiş təbii qazının daşınmasına planlaşdırılan qadağaya görə qarşı çıxıb”, — deyə nəşrdə qeyd olunub.
Financial Timesa danışan avropalı diplomatlar bildiriblər ki, Avropa İttifaqının digər üzv ölkələri Rusiyaya qarşı məhdudiyyətlərin tətbiqi üçün artıq öz biznes maraqlarından imtina ediblər.

