Avropa İttifaqı Ukrayna-ya 90 milyard avro həcmində kreditin ayrılmasını və Rusiya-ya qarşı 20-ci sanksiya paketinin tətbiqini təsdiqləyib.
Bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, çərşənbə günü Avropa İttifaqı səfirləri Ukraynaya vəd edilən 90 milyard avro kreditin rəsmiləşdirilməsi və Rusiyaya qarşı yeni sanksiya paketinin hazırlanması üzrə proseduru başladıb.
Agentliyin yazdığına görə, bu qərarların razılaşdırılması Macarıstanda hökumət dəyişikliyindən sonra ölkənin tətbiq etdiyi vetonun aradan qaldırılması ilə mümkün olub.

