Nyu-Yorkun mərkəzində yerləşən Penn Station vağzal binasında bıçaqlı hücum baş verib. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Bu barədə New York Post məlumat yayıb.
Məlumata görə, insident yerli vaxtla təxminən saat 19:00 radələrində baş verib.
Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, yaralılar Bellevue xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağır, ikisinin vəziyyəti orta ağır, daha iki nəfərin isə yüngül xəsarət aldığı bildirilir.
Hakimiyyət orqanları şəxsiyyəti hələ açıqlanmayan şübhəlinin saxlanıldığını bəyan edib. İlkin ehtimala görə, hücumu törədən şəxsin psixi pozuntudan əziyyət çəkdiyi bildirilir.

