İtaliyanın Alto Adiçe bölgəsində dağlarda qar uçqunu baş verib. Hadisə nəticəsində azı iki nəfər həyatını itirib, bu barədə ANSA agentliyi məlumat yayıb. Məlumata görə, ən azı bir nəfər xəsarət alıb, ilkin ehtimallara əsasən isə 10 nəfərin qar altında qalması mümkündür. Xilasedicilərə siqnal yerli vaxtla saat 12:00 radələrində daxil olub. Hazırda təxminən 80 xilasedici sağ qalanların axtarışına cəlb olunub, əməliyyata altı helikopter də qoşulub. Xəsarət alan şəxs İnsbruk şəhərindəki xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağır qiymətləndirilir.
İtaliyada qar uçqunu iki nəfəri həyatından etdi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

