Gəncədə yaşayış evində bədbəxt hadisə baş verib.
Vanna otağında suqızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb.
Xəsarət alan şəxs 1996-cı il təvəllüdlü Gəncə sakini Ayxal Qumbatovdur. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili xəstəxanaya çatdırılıb.
Zərərçəkənə ilkin tibbi yardım göstərilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma başlanılıb. (qafqazinfo)

