ABŞ-ın Takoma şəhərində yerləşən məktəbdə bıçaqlı hücum baş verib. Hadisə nəticəsində beş nəfər — dörd şagird və bir mühafizəçi yaralanıb. Bu barədə CBS News polis və yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, hücumu törədən şəxs də məktəbin şagirdi olub və hadisə yerində saxlanılıb. Polisə hücumla bağlı məlumat yerli vaxtla saat 13:30 radələrində daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları dörd yaralı şagird və bir zərərçəkmiş mühafizəçi aşkarlayıb. Şübhəli məktəb ərazisində saxlanılıb və tibbi yardım üçün həkimlərə təhvil verilib. Yanğınsöndürmə xidmətinin məlumatına görə, əvvəlcə yaralılardan dördünün vəziyyəti ağır qiymətləndirilib, bir nəfər isə yüngül xəsarət alıb. Sonradan bildirilib ki, bütün yaralıların vəziyyəti stabildir. Hadisədən sonra məktəb bağlanıb, şagirdlər təxliyə edilərək valideynlərinə təhvil verilib. Təhsil rəhbərliyi mayın 1-də dərslərin və bütün tədbirlərin ləğv edildiyini, məktəbin isə mayın 4-dən fəaliyyətini bərpa edəcəyini açıqlayıb. Eyni zamanda, şagirdlər üçün əlavə psixoloji dəstək təmin olunacaq.
ABŞ-da məktəbə bıçaqlı hücum zamanı beş nəfər yaralandı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

