Azərbaycan Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçiriblər.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarına Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Qum adası” ərazisində narkotik vasitələrin satışı ilə məşğul olunması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik ticarətində şübhəli bilinən, əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş Vüqar Tahirov saxlanılıb.
Onun üzərindən külli miqdarda marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

