Uşaqlara və yeniyetmələrə manikür etdirmək tövsiyə olunmur.
Bu barədə 360.ru-ya podoloq, osteopat, manual terapevt, Podologiya və Osteopatiya Tibb Mərkəzinin rəhbəri Tatyana Krasyuk danışıb.
Mütəxəssis bildirib ki, manikür zamanı kutikula və pterigium adlanan qoruyucu toxuma hissələri yonulur və ya kəsilir. Onun sözlərinə görə, bu toxumalar dırnağa sıx şəkildə bağlı olur və onların zədələnməsi uşaqlar üçün risk yarada bilər.

“Biz bu fizioloji qorumanı fiziki olaraq qoparırıq. Kutikula və pterigium dırnağa möhkəm bitişir. Kutikulanın dərhal arxasında dırnağın böyümə zonası yerləşir və həmin nahiyədə yaranan mikrotravmalar infeksiya üçün giriş qapısı ola bilər. Bu, mütləq iltihab prosesi olmaya da bilər, virus da ola bilər”, - deyə Krasyuk izah edib.
Podoloq qeyd edib ki, yeni ГОСТ standartında 14 yaşına qədər uşaqlara manikür etdirilməsi tövsiyə olunmur.

Onun sözlərinə görə, uşaqlarda və yeniyetmələrdə toxumalar hələ tam formalaşmadığı üçün bu cür prosedurlar gələcəkdə dırnaq lövhəsinin formasında problemlərə səbəb ola bilər.

