ABŞ Maliyyə Nazirliyinin Vaşinqtonda təşkil etdiyi müştəri hesabları üzrə sammit zamanı ABŞ Prezidenti Donald Tramp amerikalı rep ifaçısı Niki Minaşı səhnəyə dəvət edib. Tədbirin yayımı ölkənin Xəzinədarlıq Departamenti tərəfindən X sosial şəbəkəsində canlı yayımlanıb.
İfaçı özünü Trampın ən böyük pərəstişkarı adlandırıb və bu mövqeyinin dəyişməyəcəyini bildirib. Tramp isə repçinin sədaqətini yüksək qiymətləndirərək onun MAGA hərəkatı ilə sona qədər birlikdə olduğunu vurğulayıb.
“Dırnaqlarımı uzadacağam, çünki bu cür manikür xoşuma gəlir”, — deyə ABŞ prezidenti zarafat edib.
Tədbir zamanı Niki Minaş və Donald Tramp birgə foto da çəkdiriblər.

