Azərbaycanda “44” bədii filminin premyerasının tarixi açıqlanıb.
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov bildirib ki, filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək.
Premyeradan sonra ekran işi ölkə kinoteatrlarında nümayiş olunacaq.
Filmin təqdimatı ərəfəsində 12 tizer hazırlanıb. Onlardan birincisinin artıq sabah yayımlanacağı bildirilib.



