Universal Pictures kinoşirkəti DreamWorks Animation tərəfindən hazırlanan “Şrek 5” animasiya filminin ilk kadrlarını yayımlayıb.
Filmin ilk tizer-treylerinin təsvirində “Bu baş verir... Bu, həqiqətən baş verir! ‘Şrek 5’ filmini 2027-ci ilin yayında yalnız kinoteatrlarda izləyin”, — deyə qeyd olunub.
Yeni ekran işi bütün zamanların ən sevilən animasiya franşizalarından biri hesab olunan “Şrek” seriyasının davamı olacaq. Franşiza yazıçı Uilyam Steyqin “Şrek!” kitabı əsasında yaradılıb.
Məlumata görə, “Şrek 5” filmi “Şrek həmişəlik” animasiyasının davamı kimi təqdim olunacaq.
İlkin məlumatlara əsasən, filmin premyerası 30 iyun 2027-ci il tarixinə planlaşdırılır.

