Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda təqsirləndirilən “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilov barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Den.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra zərərçəkmiş Ağadadaş Ağayevin nümayəndəsi, vəkil Asim Abbasov vəsatətlə çıxış edərək təqsirləndirilən Nurəddin Cəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib:
"Nurəddin Cəlilov əvvəllər də məhkumluq həyatı yaşayıb və hazırda məhkumluğu ödənilməyib. İş üzrə olan şahidlərlə eyni müəssisədə çalışır və onlara təsir qüvvəsi var".
Məhkəmə müşavirəyə gedərək vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, bu hadisə ilə bağlı Ağadadaş Ağayev barəsində də cinayət işi var. Onun cinayət işi ayrıca icraatda hazırda Binəqədi rayon Məhkəməsində baxılır.
Ağadadaş Ağayev mühafizəçinin həbsini istədi - Qəbul EDİLMƏDİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.