Xalq artisti Ağadadaş Ağayevin son günlərdə hansısa toy məclisində iştirak etməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.
Den.az xəbər verir ki, bunu Globalinfo.az-a açıqlamasında A.Ağayevin vəkili Asim Abbasov deyib.
O, videonun yeni olmadığını bildirib:
"Görüntülər yeni deyil. Ağadadaş Ağayev hazırda həkim nəzarəti altındadır. O, necə toyda və ya başqa şənliklərdə çıxış edə bilər?! İzləyicilərə feyk məlumatlara baş qoşmamağı tövsiyə edirəm. Real video olarsa, A.Ağayev özü mütləq açıqlama verəcək".
Qeyd edək ki, sosial şəbəkələrdə xalq artisti Ağadadaş Ağayevin "Medera"da baş verən insidentdən sonra ilk məclisinə qatılması ilə bağlı xəbər və video yayılıb.
Xatırladaq ki, 22 iyul saat 07 radələrində Xalq artisti Ağadadaş Ağayev "Medera" hospitalının gözətçisi Nurəddin Cəlilovla əlbəyaxa dava edib.
---------
07:37
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa dava edib, A.Ağayevin atdığı balta başqa bir şəxsi - xəstəxanada çalışan qadını yaralaması olayı səngimək bilmir.
Den.az titul.az-a istinadən xəbər verir ki, dava olayından sonra Xalq artisti ilk məclisinə qatılıb.
Ağadadaş Ağayevin həmin görüntülərini təqdim edirik:
Ağadadaş Ağayevin toydakı görüntüsü ilə bağlı vəkildən AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.