Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital"a qarşı Binəqədi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə keçiriləcək məhkəmənin vaxtı bilinib.
Den.az qaynarinfo-ya istinadən xəbər verir ki, işə oktyabrın 10-da hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ifaçı məhkəmədə "MedEra Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı "Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi" üzrə iddia qaldırıb.
Xalq artisti Ağadadaş Ağayevin bir müddət əvvəl sözügedən klinikanın mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə "MedEra Hospital"ın mühafizəçisinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan Nəzakət Paşayevaya dəyərək onu yaralayıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayevin şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı bilinib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.